İranın paytaxtı hansı şəhərə köçürüləcək?

İran parlamentinin 50 üzvü ölkənin paytaxtının Tehrandan başqa bir şəhərə köçürülməsi məsələsini qaldırıblar. İran parlamentinin hüquq komitəsinin üzvü Əbülfəzl Abuturabi sözü gedən məsələnin təsdiqini tapacağı halda İranın prezident aparatındakı 14 nəfərlik işçi qrupunun bu məsələ üzərində işləyəcəyini və bir ildən sonra parlamentə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, bu, paytaxtın köçürülməsi ilə bağlı ilk təklif deyil. Səbəb kimi isə Tehranın əhalisinin sürətlə artması və şəhərin seysmik zonada yerləşməsi göstərilir. Rəsmi məlumata görə, hazırda Tehranın əhalisi 12-13 milyon nəfərdir.

Keçmiş prezident Mahmud Əhmədnejatın dövründə başlanan 200 000 məmurun Tehrandan daşınması layihəsi hələ də sona çatdırılmayıb.

Qeyd edək ki, İran mediası paytaxtın Təbrizə köçürüləcəyini yazır. Ancaq hələlik paytaxtın hansı şəhərə köçürüləcəyi məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31