“Urmiya gölünün duzundan uran əldə edilir”

Hüseyn Türkelli: “Molla rejimi millətin başının altına yastıq qoyur”

"Urmiya gölünün duzundan uran ixrac edilir. Gölün qurudulması ilə rejim bir oxla iki hədəfi vurmuş olur və iki ən böyük problemini (Güney Azerbaycan problemi, Uran  çatışmazlığı) çözməyə çalışır". Bunu "OLAYLAR" açıqlamasında Kanadada yaşayan güneyli mühacir, Güney Azərbaycan Türklərini Advokasiya Mərkəzinin başqanı Hüseyn Türkel (Haqan Turan) deyib. Onun sözlərinə görə, molla rejimi bununla Güney Azərbaycan böyük pislik edir: "Ölkəmiz və millətimiz molla rejiminin cılız ambisiyalarına qurban gedir. Təbriz-Urmiya arasındakı guya məsafəsinin azaldılması üçün gölün ortasından çəkilən şosse yolu və əkinçiliyi inkişaf etdirmək üçün tikilən su barajlar sadəcə  molla rejiminin nüvə ambisiyalarına xidmət edir. Çünki rejim Urmiya gölünün duzundan uran əldə edir. Beləliklə, rejimin güya Arazdan, Xəzərdən Urmiya gölunə su gətirmə planları da millətinbaşının altına yasdıq qoymaq üçündür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31