İranda daha 11 nəfər edam edilib

İranda daha 11 nəfər edam edilib. Məhbuslar qətl və narkotik maddələrin qaçaqmalçılığında günahlandırılıblar.

Noyabrın 4-də 6 nəfər Kirman və Bəm şəhərinin həbsxanalarında, 5 nəfər isə Kirmanşah şəhərinin mərkəzi həbsxanasında dara çəkilib. Bununla son beş gündə İranda 28 nəfər edam edilib.

Qeyd edək ki, bu il on ayı ərzində İranda 599 nəfərin dara çəkildiyi bildirilir.  apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31