İranın Hörmüzqan əyalətinin paytaxtında atışma nəticəsində iki nəfər ölüb. Trend İRNA agentliyinə istinadən bu barədə məlumat verir.Hadisə ötən gecə Bəndər-Abbas şəhərinin meydanlarından birində baş verib."Sedan" markalı avtomobilə açılan atəş nəticəsində iki nəfər, o cümlədən bir qadın həlak olub.Cinayət işi üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31