İran generalından diplomatik açıqlama
"Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün, İran gəmilərinin hərəkətinə məhdüdiyyət tətbiq edə bilər"
4 Noyabr 2013 09:34 Güneyİranla Qərb ölkələri arasındakı münasibətlərdəki istiləşmə hərbi bəyanatlarda da özünü göstərməyə başlayıb. Belə ki, indiyə kimi ABŞ və mütəffiqlərinin maraqlarını verdikləri bəyantlarda təhdid edən İran genarallarının mövqeyində yumşalma müşahidə olunur.ANS PRESS İran mətbuatına istinadla xəbər verir ki, bu ölkənin Hərbi Dəniz Qüvvələrinin rəhbəri Həbibullah Səyyari Fars körfəzində gəmilərinin hərəkətinə hər hansı bir məhdüdiyyət yaratmayacağını bildirib. Onun sözlərinə görə, İranın körfəzi bağlamaq imkanı olsada, belkə bir addım atmaq niyyətində deyil:"Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün, İran gəmilərinin hərəkətinə məhdüdiyyət tətbiq edə bilər. Ancaq hələlik buna ehtiyyac duymuruq".