“Sepah” üzvü öldürülüb

Oktyabrın 30-u axşam saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhərində PKK terrorçu təşkilatının İran qanadı sayılan Kürdüstan Azad Həyat Partiyası ("Pejak") yaraqlıları ilə silahlı qarşıdurmada "Sepah"ın 1 üzvü öldürülüb, 2-si isə ağır yaralanıb.
Maku şəhərinin rəsmisi Həmid Əhmədiyan jurnalistlərə açıqlamasında deyib ki, qarşıdurmada "Pejak"ın bir neçə yaraqlısı da həlak olub: "Qarşıdurma "Pejak" qruplaşması üzvlərinin sərhəddən keçərək ölkəyə daxil olmağa cəhd göstərərkən baş verib. Onlar bir neçə nəfər itki verdikdən sonra qaçmaq məcburiyyətində qaldılar". Mediaforum.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31