İranda daha 1 nəfər edam edildi
İranda PEJAK üzvü ölüm cəzasına çatdırılıb
28 Oktyabr 2013 10:10 Güneyİranda PEJAK-ın üzvü olan bir nəfər edam cəzasına çatdırılıb. İran KİV-lərinin verdiyi məlumata görə, PKK təşkilatının İran qolu olan PEJAK-ın üzvlərindən biri dar ağacından asılıb. Cəza Səlmas şəhərində reallaşdırılıb. 2009-cu ilin iyunundan həbsxana həyatı yaşayan məhbus "Allaha qarşı müharibə etmək" ittihamı ilə mühakimə edilib.Qeyd edək ki, son vaxtlar İranda edam cəzasına məhkum edilən məhbusların sayı artmaqdadır. ABŞ və digər Avropa ölkələri rəsmi Tehranı ölüm cəzasını ləğv etməməkdə qınayır.ANS PRESS-
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31