İran uran zənginləşdirməyi dayandırdı

Hüseyn Nakavi: "Hazırda anbarlarımızda lazım olan qədər yanacaq var, heç nə istehsal etmirik, 20%-lik urana ehtiyacımız yoxdur"

İran anbarlarında kifayət qədər yanacaq olması səbəbiylə 20%-lik təmizlik səviyyəsinə malik uran istehsalını müvəqqəti olaraq dayandırıb. ANS PRESS İran mətbuatına istinadən bildirir ki, mühafizəkar millət vəkili, İran parlamentinin xarici əlaqələr komitəsinin sözcüsü Hüseyn Nakavi bu barədə bildirib. "Hazırda anbarlarımızda lazım olan qədər yanacaq var, heç nə istehsal etmirik, 20%-lik urana ehtiyacımız yoxdur",- deyə o vurğulayıb.Qeyd edək ki, İranın nüvə proqramı qərb ölkələri ilə yaşanan gərginliyin əsasında durur. Bəzi dövlətlər Tehranı nüvə enerjisi adı altında nüvə silahı yaratmaqda günahlandırırlar. Uranın 20 % təmizlik səviyyəsində zənginləşdirilməsi nüvə silahı xammalı istehsalına bir addım qalmaq kimi qiymətləndirilir.Beynəlxalq Atom Enerjisi Təşkilatının rəsmiləri İranın bu qərarı barədə məlumatları olduqlarını bildirsələr də, bununla bağlı heç bir şərh verməyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31