Təbrizdə azərbaycanlı milli fəal ETTELAAT tərəfindən həbs edildi
24 Oktyabr 2013 13:00 Güney"İranda azərbaycanlı milli fəal həbs edilib. Meysəm Culani oktyabrın 18-də Təbrizdə saxlanılıb. Belə ki, Ərdəbil şəhərinin sakini olan azərbaycanlı fəal İranda futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traxtor" komandası ilə Xuzistanın "Fulad" klubu arasında "Səhənd" stadionunda keçirilən qarşılaşmanı izləmək istəyib". "OLAYLAR"ın məlumatına görə bu barədə Dünya Azərbaycanlıları Konqresinin üzvü Səftər Rəhimli "Facebook" ünvanında yazıb. S.Rəhimli qeyd edib ki, M.Culani stadiona daxil olan zaman ETTELAAT əməkdaşları tərəfindən həbs edilərək naməlum istiqamətə aparılıb. Hazırda onun harada saxlanılması və nədə ittiham olunması ilə bağlı heç bir məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl M.Culani avqustun 23-də Ərdəbil vilayətində Məhəmməd Xakpur, Səccad Culani, Əhməd Məhəmmədpur və Mürtəza Qüdrəti ilə birlikdə həbs edilib. Onlar Güney Azərbaycan Məşrutə Hərəkatının ildönümünü anmaq üçün Savalan dağında keçirilən tədbirə getmək istəyərkən yerli vaxtla saat 11:00-da ETTELAAT əməkdaşları tərəfindən Ərdəbil-Meşkinşəhr (Xiyov) şossesində saxlanılıblar. ("OLAYLAR" İA)