“Traktorsazi”nin icraçı direktoru istefa verdi

Təbrizin "Traktorsazi" futbol klubunun icraçı direktoru Həmid Zeynizadə İran Futbol Federasiyasının (İFF) komanda əleyhinə çıxartdığı qərara görə öz vəzifəsindən istefa verib.Lent. az-ın "İsna" agentliyinə istinadən məlumatına görə, İFF-nın nəzdində fəaliyyət göstərən  inzibatı komitə, oktyabrın 20-də "Traktorsazi" və "Fulad" komandaları arasında keçirilən matçda, "Traktor" azarkeşlərinin "uyğunsuz" və "təhqiramiz" rəftarlarından dolayı komandanın 1 xalını cəza olaraq kəsmişdi.Xatırladaq ki, "Traktorsazi" ("Traxtor") komandası və xüsusilə onun azarkeşləri Azərbaycan milli-mədəni maraqlarını ifadə etdiyi və onlara qarşı aparılan ayrı-seçkiliyə etiraz etdiyi üçün həmişə haqsızlıqlara məruz qalır. Son verilən qərar da bu haqsızlıqlardan biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31