İranda bir sutka ərzində 300 nəfər ürək-damar xəstəsi vəfat edir

 Bunu İranın Səhiyyə Nazirliyinin ürək-damar xəstəlikləri üzrə idarə rəhbəri xanım Tahirə Samavat deyib. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi məlumat verir.T.Samavat deyib ki, ölkədə bir sutka ərzində ümumilikdə 800 nəfər dünyasını dəyişir ki, onların 300 nəfəri ürək-damar xəstəsidir.T.Samavat qeyd edib ki, ölkədə kişilər orta hesabla 59, qadınlar isə 65 yaşında ürək-damar xəstəliyinə tutulurlar: "Ürək-damar xəstəliyinin qarşısının alınması üçün ciddi tədbirlərin görülməsi vacibdir"
Qeyd edək ki, bundan öncə İranın səhiyyə naziri Həsən Qazizadə Haşimi Tehranda keçirilən "Ürək-damar xəstəliyi sahəsində yeniliklər" adlı konfransda çıxışı zamanı demişdi ki, İranda müxtəlif xəstəliklərdən ölənlərin 43,7 faizini ürək-damar xəstələri təşkil edir.
O bildirmişdi ki, qeyri-yoluxucu xəstəliklər hazırda dünya, o cümlədən İran səhiyyəsinin əsas problemlərindən biridir: "İldə 36 milyon nəfər qeyri-yoluxucu xəstəliklərdən dünyasını dəyişir. Vəfat edənlərin 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşı 60-dan az olan insanlardır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31