İranda 8 narkotik qaçaqmalçısı edam olunub
23 Sentyabr 2013 00:14 GüneyBu gün səhər İranın Yəzd şəhərinin mərkəzi həbsxanasında 8 nəfər edam olunb. Trend İranın FARS xəbər agentliyinə istinadən, bu barədə məlumat verir.Məlumata əsasən, edam olunan şəxslərdən 3-ü qadındır. Onlar narkotik maddələrin daşınması, istifadəsi və satışı ittihamı ilə edama məhkum olunublar.İran KİV-lərinin məlumatına görə, hazırda bu ölkənin həbsxanalarında 300-dən artıq şəxs narkotik qaçaqmalçılığına görə edam olunacağı günü gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31