İranda 170 nəfərdə vəba xəstəliyinə yoluxma halı aşkar edilib
23 Sentyabr 2013 00:00 Güneyİranda 170 nəfərdə vəba epidemiyasına yoluxma halı aşkar edilib, lazımi tədbirlər görülüb və onların ümumi vəziyyəti qənaətbəxşdir. Trend-in "MEHR" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Səhiyyə Nazirliyinin Yolxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.Nəbəvi qeyd edib ki, 170 nəfərdən 144 nəfəri Əfqanıstan, 1 nəfər Pakistan və 25 nəfər isə İran vətəndaşıdır. "Vəba epidemiyasına yoluxanlardan 1 nəfəri paytaxt Tehranda və 1 nəfəri də Kərəc şəhərində qeydə alınıb ki, hazırda onların vəba epidemiyasına yoluxmalarının səbəblərini araşdırırıq", - Nəbəvi bildirib.Nəbəvinin sözlərinə görə, epidemiyaya yoluxan şəxslərin əksəriyyəti İranın şərqində yerləşən qonşu ölkələrin vətəndaşları və qeyri-leqal miqrantlardır."Hazırda Əfqanıstanın şimal bölgələrində vəba epidemiyası geniş şəkildə yayılıb və Əfqanıstan vətəndaşlarının İrana gəliş -gedişi nəticəsində bu epidemiyanın İranda artmasına səbəb olub",- Nəbəvi bildirib.İran KİV-lərinin məlumatına görə, İranda 45 ilə yaxındır ki, vəba xəstəliyinə yoluxma halları aşkarlanır. Ötən il 15 nəfərdə yoluxma halı qeydə alınmışdır.