Prezident ola bilməyənə yenə Tehran merliyini verdilər

Lent.az-ın "Qolos Rossii"-yə istinadən məlumatına görə,bu haqda "Tehran tayms" xəbər yayıb.Tehran şəhər şurasının 31 üzvündən 17-si onun yenidən icra başçısı olmasına səs verib.Onun əsas rəqibi isə Məsləhət Şurasının rəisi, keçmiş prezident Ələkbər Haşimi-Rəfsəcaninin oğlu Möhsün Haşimi 14 səs qazanıb.Mənbənin bildirdiyinə əsasən, Qalibaf 2005-ci ildən Tehranın icar hakimiyyətinə başçılıq edir.Şura bu vəzifəyə hər 4 ildən bir başçı seçir.Xatırladaq ki, Məhəmmədbağır Qalibaf bir neçə dəfə də prezidentliyə namizəd olub. Sonuncu dəfə o, bu siyasi kampaniyada  Həsən Ruhaniyə uduzub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31