İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri gözlənilir

İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri ilə bağlı hazırlıq işləri görülür və sentyabrda bu səfərin baş tutması dövlət başçısının qərarından asılıdır. Bunu İranın xarici işlər naziri Məhəmmməd Cavad Zərif deyib. Trend-in məlumatına görə, bu barədə "Tasnimnews" xəbər agentliyi məlumat verir.Ruhani BMT Baş Məclisinin növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək.İranın sabiq Prezidenti Mahmud Əhmədinejad prezidentlik dövründə BMT Baş Məclisinin Nyu-Yorkda keçirilən bütün iclaslarında iştirak etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31