Urmiya gölü bir il sonra yox ola bilər
28 Avqust 2013 11:22 Güney"Əgər quruma prosesi bu cür davam edərsə, Urmiya gölü gələn ilin sentyabrınadək tamamilə xəritədən silinəcək".Lent.az-ın AZOH-a istinadən məlumatına görə, bunu Güney Azərbaycanın Urmiya Universiteti elmi şurasının üzvü, doktor Nasir Ağ bildirib.Alim apardığı hesablamalara əsasən, Urmiya gölünün cənub hissəsində ən çoxu 350 milyon kubmetr suyun olduğunu ortaya çıxardığını söyləyib: "Bu da Urmiyanın "Şəhərçayı" su anbarında olan suyun iki dəfəsi belə deyil".N.Ağ səlahiyyətli şəxslərə və əhaliyə ciddi xəbərdarlıq edərək, Urmiya gölünün qurumasını "böyük ekoloji fəlakət" adlandırıb: "Nə üçün minimum xərclərlə gölün qurumasının qarşısını ala biləcək layihələr həyata keçirilmir?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31