İranda 5 bal gücündə zəlzələ qeydə alınıb
28 Avqust 2013 11:18 GüneyBu gün İranın Yəzd əyalətinin Robat Poşt şəhərində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoqrafiya Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 02:30-da, 8 km dərinlikdə qeydə alınıb.Məlumata əsasən, həmin bölgədə səhər saatlarına kimi daha yeraltı təkan qeydə alınıb.İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31