İran Fransa xarici işlər nazirinə cavab verdi

 İran XİN-in mətbuat xidmətinin rəhbərindən yerli mətbuata verilən məlumata görə, dövlətin nüvə siyasəti Nüvə Silahlarının Yayılmamasına dair müqavilə çərçivəsində yürüdüldüyü bildirilir. Seyid Abbas Əraqçı İranın nüvə proqramı ilə əlaqədar Fransa xarici işlər nazirinin açıqlamasına reaksiyasında qeyd edib ki, İranın nüvə proqramı dinc məqsədlər üçün həyata keçirilir və ölkənin bütün nüvə stansiyaları MAQATE-nin nəzarəti altındadır. Əraqçı bildirib ki, Fransa xarici işlər nazirinin İranla bağlı səslədnridiyi fikirlər heç bir həqiqəti əks etdirmir. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31