İranlı sahibkarların ölkəmizə marağı artır

 Ölkəmizdə səfərdə olan Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında görüş keçirib. Konfederasiyadan "OLAYLAR"-a verilən məlumata görə,. görüşdə ölkə iqtisadiyyatı haqqında qonaqlara ətraflı məlumat verən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi önəm verir və yaxın gələcəkdə Azərbaycan iqtisadiyyatının əsasını iri sənaye müəssisələri təşkil edəcək. Ərdəbil Ticarət Palatasının sədri Hüseyn Pirmozəyi ASK-nın rəhbərliyini sahibkarlarla birgə Ərdəbilə işgüzar səfərə, palatanın işi ilə yaxından tanış olmağa dəvət edib. İranın Azərbaycanda ticarət mərkəzi açmaq niyyətində olduğunu , artıq bu məsələ ilə bağlı təklifin irəli sürüldüyünü deyən qonaq qeyd edib ki, xarici ölkələrin bu təcrübəsini Azərbaycanda da tətbiq etmək istəyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31