Güney Azərbaycanda qarşıdurma: 1 nəfər həlak oldu
Güney Azərbaycanda qarşıdurma: 1 nəfər həlak oldu
2 Oktyabr 2019 14:32 Güneyİran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) ilə silahlı kürd qruplaşması arasında qarşıdurma baş verib.
Olaylar.az xəbər verir ki, silahlı qarşıdurma nəticəsində SEPAH-ın bir hərbçisi həyatını itirib.
Hadisə Güney Azərbaycan əyalətinin Üşnəviyyə şəhəri ətrafında baş verib.
Məlumata görə, PKK terror təşkilatının İran qolu PJAK-la qarşıdurma iranlı hərbçilərin bölgədə reyd keçirdiyi vaxt yaranıb.
Hadisə zamanı SEPAH hərbçisi İbrahim Qulami güllə yarası alaraq, həlak olub.
PJAK-çılar hadisə yerindən qaça bilib. Olaydan sonra terrorçuların ələ keçirilməsi üçün bölgədə genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31