Nyu-York sakinləri "qanunsuz miqrant" ifadəsinə görə cərimələnəcək
Nyu-York sakinləri "qanunsuz miqrant" ifadəsinə görə cərimələnəcək
2 Oktyabr 2019 13:48 DünyaNyu-York administrasiyası ayrı-seçkiliyə qarşı mübarizəyə yönəlik qadağanın tətbiqinə başlayıb.
Olaylar.az xəbər verir ki, bundan sonra ABŞ vətəndaşlığı olmayan şəxslərə qarşı "qanunsuz miqrant" ifadəsinin işlədilməsi cərimə ilə nəticələnəcək.
Məlum olub ki, qadağanı pozanlar 250 min dollaradək cərimə ilə üzləşə bilər.
Bu tədbirin ictimai yerlərin işçilərinə, işəgötürənlərə, habelə kirayə verən ev sahiblərinə şamil ediləcəyi bildirilir.
Yeniliyə görə, insanlara ana dilində ünsiyyət qadağan edilməməlidir.
Bundan əlavə, bu kateqoriyalı vətəndaşlar üçün miqrasiya xidmətinə şikayət etmək qadağandır.
insider.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31