Azərbaycan bayrağını öpən güneyli gənc həbsə məhkum olunub
“İran İslam Respublikası əleyhinə təbliğat aparmaq”da ittihamlandırılan güneyli milli fəal Camal Musəvinejad bir il həbs cəzanına məhkum olunub.
19 İyul 2018 12:45 Güney"İran İslam Respublikası əleyhinə təbliğat aparmaq"da ittihamlandırılan güneyli milli fəal Camal Musəvinejad bir il həbs cəzanına məhkum olunub.
İranın Şərqi Azərbaycan Ostanının Apellyasiya Məhkəməsi həmin qərarı təsdiqləyib. Maraqlı burasıdır ki, milli fəala qarşı ittihamlar arasında Azərbaycan bayrağını öpmək və bu bayrağa sayğı göstərmək də var. Musəvinejadın dediyinə görə, məhkəmənin qərarı onun sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallara, o cümlədən Azərbaycan bayrağını öpərkən çəkilən bir şəkilinə əsaslanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31