Gündəm
Tarixi abidəyə müdaxilənin qarşısı alındı
Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 3 ünvanında yerləşən Bakı şəhər Univermağının binasının Ə.Əlizadə küçəsi tərəfdə yerləşən, hazırda əyləncə məkanı kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin istifadəçisi tərəfindən binanın fasadında sütunların qara, elementlərin isə qızılı rənglə boyanması faktı qeydə alınıb.
Peşə təhsili üzrə teledərslərin 13 noyabr cədvəli
Olaylar.az Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 13 noyabr tarixi üçün cədvəlini təqdim edir. Dərslər saat 18:10-da yayımlanacaq.
Koronavirusun ən dəqiq 3D modeli yaradılıb
Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetinin alimləri koronavirusun ən dəqiq 3D modelini yaradıblar. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, modelin yaradılması üçün SARS-CoV-2 virusunun quruluşuna dair hazırda bilinən bütün məlumatlar toplanıb. Tədqiqatçılar bunun üçün virus hissəciyinin səthinin elektron mikroskopların köməyi ilə alınan təsvirindən istifadə ediblər.
Muzeydə Şuşa şəhərinin XX əsrin əvvəllərinə aid fotoşəkli qorunur
Nazir Abşeron rayon və Sumqayıt şəhər sakinlərini videobağlantı vasitəsilə qəbul edib
Təhsil naziri Emin Əmrullayev Abşeron rayon və Sumqayıt şəhər sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edib. Olaylar.az bildirir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda Abşeron rayonunda və Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.
Şagirdlərin yerdəyişməsinə başlanılır
16 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq. Olaylar.az bildirir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
Şuşada səslənən ilk Azərbaycan radiosu - ASAN Radio
ASAN Radio işğaldan azad olunan Şuşada səslənən ilk Azərbaycan radiosu oldu. Olaylar.az bildirir ki, Şuşa şəhəri 28 il sonra 8 noyabr 2020-ci il tarixində işğaldan azad olunub. Operativ məlumat dalğası - ASAN Radio Azərbaycanda 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Türk Dil Qurumu akademik Xalq yazıçısının 70 illiyini qeyd edib
Türkiyənin nüfuzlu Türk Dil Qurumu Azərbaycanın müstəqilliyinin 29-cu ildönümü münasibətilə “Azərbaycan dili və mədəniyyəti” adlı onlayn elmi konfrans keçirib. Konfransda Türk Dil Qurumunun rəhbəri, professor Gürer Gülsevin, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Məhəmməd Həkimoğlu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türk Dil Qurumu idarə heyətinin üzvləri — professor Hülya Kasapoğlu Çengel, professor Ərdoğan Uyğur, professor İsmət Çətin və AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Tahirə Məmməd iştirak edib.
"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Lətif Kərimovdur. O,1906-cı ildə Şuşa şəhərində anadan olub. Olaylar.az bildirir ki, Lətif Kərimov Azərbaycanda xalçaçılıq elminin banisidir. Azərbaycan Respublikası Elmlər Akademiyasının (indiki AMEA) Memarlıq və İncəsənət İnstitutunda ayrıca xalça sənəti şöbəsini açmağa nail olub, ömrünün sonunadək həmin şöbənin rəhbəri kimi çalışıb, eyni zamanda M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olub.
Təhsil Nazirliyi Şuşa rayonunun təhsil statistikasını açıqladı
Təhsil Nazirliyi Şuşa rayonunun təhsil statistikasını açıqlayıb. Olaylar.az-a nazirlikdən verilən məlumata görə 1992-1993-cü tədris ilində Şuşa məktəblərinin sayı 23, müəllimlərinin sayı 582, şagirdlərinin sayı 2 836 olub.
Ali təhsil müəssisələri üçün məsafədən tədris imkanları
Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Olaylar.az bildirir ki, platformalar üzrə nazirlik tərəfindən müvafiq testlər həyata keçirilib ki, nəticədə hər iki həll onlayn dərslərin təşkili üçün təhlükəsiz, sürətli və dayanıqlı hesab olunub. Platformalardan istifadə üzrə müəllim və tələbələr üçün davamlı olaraq təlimlər təşkil olunur, təlimatlar təqdim edilir və texniki dəstək göstərilir.
Füzuli rayonunun işğaldan azad olunmuş kəndində Şərq çinarları əkildi
Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib. Bunu Olaylar.az-a Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub
Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub. Olaylar.az bildirir ki, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.
Nazirlik vətəndaşlardan xahiş edir
Ölkəmizdə mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzində (“Qaynar xətt” xidməti, telefon: 146-1, 146-2, 146-3, 146-4) işçi sayı məhdudlaşdırılıb. Olaylar.az bildirir ki, nazirlik vətəndaşlardan "Qaynar xətt"lə əlaqə yaradarkən işçi sayının az olduğunu nəzərə almalarnı xahiş edir.
Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi - Xalq yazıçısı
" “Əziz Şuşa, biz qayıtdıq!” – bu sözləri Azərbaycan millətinin böyük oğlu, bütün zamanların böyük Azərbaycan sərkərdəsi, Müzəffər öndər İlham Əliyev dedi. Müzəffər öndərimiz Azərbaycanın gücünü, potensialını bütün dünyaya sübut etdi. Bütün dünya bu gün Azərbaycan xalqının həm mədəniyyətini, həm intellektual səviyyəsini, həm döyüş bacarığını, həm onun diplomatik gücünü gördü və bir daha biz öz bildiyimiz adekvat həqiqətimizi dünyaya çatdırdıq."














