Tramp Zelenski və Putin haqqında: "Düşünürəm ki, hər ikisi..."

ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli ilə bağlı nikbin fikirlər səsləndirib. O, Rusiya və Ukrayna rəhbərlərinin münaqişəni nizamlamaq üçün razılığa gəlməkdə maraqlı olduqlarını bildirib.

Musavat.com xəbər verir ki, ABŞ lideri vurğulayıb ki, bu prosesin uzun vaxt aparması təəssüf doğurur, lakin o, vəziyyətdən bir nəticə çıxacağına inanır. Tramp eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu prosesdə vasitəçilik səylərini qeyd edərək, yaxın vaxtlarda müsbət bir irəliləyişin baş verəcəyini gözlədiyini ifadə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31