Gündəm
"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verildi
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilir. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.
Səfir İtaliyanın nüfuzlu kanalına açıqlama verdi
İtaliyanın nüfuzlu Rai 1 Televiziya kanalının xəbərlər proqramının “EstOvest” rubrikasında erməni mənşəli italyan yazıçısı Antonia Arslanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini münaqişə zəminində təqdim etməsi və son hərbi əməliyyatları ermənilərə qarşı “soyqırım” adlandırması kimi iddialarına cavab olaraq Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin həmin proqramda açıqlaması yer alıb.
Milli Qəhrəmanın adını daşıyan tədqiqat gəmisi ekspedisiyalara başladı
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi əsaslı təmirdən sonra ekspedisiya və monitorinqlərin aparılması üçün yenidən Xəzər dənizinə çıxıb. Bunu Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət ekspedisiya qrupunun rəhbəri Bəxtiyar Seyidov bildirib.
“ŞUŞA DƏRSİ” - Şuşa məktəblərinin uğur təcrübəsi
Noyabrın 21-də Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Şuşa dərsi” təşkil ediləcək. Olaylar.az bildirir ki, Şuşa məktəblərinin uğur təcrübəsinə həsr edilən “Şuşa dərsi”ndə bu məktəblərin uğur sirri, təhsil ənənələri barədə müzakirələr aparılacaq. Bununla da Azərbaycanın 190 illik tarixi olan ilk dövlət məktəbi - Şuşa qəza məktəbinin nümunəsində çoxillik təhsil tarixinə işıq tutulacaq.
Azərbaycanın haqlı tələbi beynəlxalq təşkilatların diqqətinə çatdırıldı
Qarabağda və son günlər Kəlbəcər rayonunda ermənilər tərəfindən meşələrin qəsdən yandırılması, ağacların kütləvi şəkildə qırılması kimi ekoloji cinayətlərə son qoyulması və bu cinayət faktlarının beynəlxalq ekoloji təşkilatlara çatdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri Beynəlxalq tərəfdaş təşkilatlarla onlayn görüşlər keçirib.
Şagirdlərin elektron yerdəyişməsinə start verilib
Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb. Olaylar.az bildirir ki, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.
"Qarabağın məşhur müəllimləri" – Mehdi Məmmədov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Mehdi Məmmədovdur. O, 1918-ci il mayın 22-də Şuşada anadan olub. Azərbaycan teatr sənətinin yaranması, inkişafı və təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatr tarixinin ən parlaq nümayəndələrdən biridir.
“Qarabağın musiqi tarixi – aşıq sənəti” onlayn respublika müsabiqəsinə start verilib
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr 2020-ci il – mart 2021-ci il tarixlərini əhatə edən “Qarabağın musiqi tarixi – aşıq sənəti” adlı onlayn respublika müsabiqəsinə start verilib.
2021-ci il yaz semestri üçün xaricdə doktorantura təhsili üzrə sənəd qəbuluna start verilir
Təhsil Nazirliyinin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Dünya miqyasında necə bir rüsvayçı “mədəniyyətə” malik olmalarını nümayiş etdirdi- Bəhruz Quliyev
“Məlum razılaşmadan sonra, erməni mülki vətəndaşlar və yerlərdə qalmış silahlı birləşmələr işğaldan azad olunmuş ərazilərimizdən təyin edilmiş qrafik əsasında çıxmaqdadırlar, lakin biz bu prosesin gedişatında bir daha varvarlığın, vəhşiliyin və ən əsası, əldə edilmiş razılaşmaya hörmətsizliyin göstərildiyini müşahidə etməkdəyik”.
Nazirlik xəbərdarlıq etdi - Hava şəraitinin qeyri-sabit keçəcək
Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Hindistan Səfirliyi tərəfindən "COVID-19 üçün Ayurveda" vebinarı təşkil olundu
Noyabrın 13-də 5-ci Ayurveda Gününün qeyd olunması məqsədilə Hindistanın Bakıdakı Səfirliyi vebinar təşkil edib. Olaylar.az bildirir ki, 2016-cı ildən etibarən Hindistan Höküməti Danvantri Cayanti günündə Ayurveda Gününü qeyd edir və bu il bu tarix 13 noyabra təsadüf edir. Ayurveda Günü, Ayurvedanın güclü tərəflərinə və özünəməxsus müalicə prinsiplərinə diqqət yetirməyi, Ayurvedanın potensialından istifadə edərək xəstəliklərin və əlaqədar ölüm hallarının azaldılması istiqamətində çalışmağı, Milli Səhiyyə Siyasəti və Milli Sağlamlıq proqramlarına dəstək məqsədilə Ayurvedanın imkanlarından istifadə etməyi və Ayurveda şəfa prinsiplərini cəmiyyətdə tanıtmağı hədəfləyir.
“Qarabağ – mədəniyyətimizin beşiyi” - Şıxlar türbəsi
Şıxlar türbəsi (Dairəvi türbə) Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığında yerləşir. Olaylar.az bildirir ki, türbənin yuxarı hissəsi 1993-cü ildə erməni işğalı zamanı dağıdılmışdır.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verildi
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. Olaylar.az bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar 1 nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:
"Qarabağın məşhur müəllimləri" – Cabbar Qaryağdıoğlu
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Cabbar Qaryağdıoğludur. Olaylar.az bildirir ki, Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var. O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.














