Qaqik Tsarukyan həbs edildi
20:37 DünyaErmənistanda məhkəmə müxalif "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Olaylar APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Tsarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31