Muzeydə Şuşa şəhərinin XX əsrin əvvəllərinə aid fotoşəkli qorunur

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda Şuşa şəhərinin ümumi görünüşünü əks etdirən fotoşəkil qorunur.

Olaylar.az bildirir ki, fotoşəkil XX əsrin əvvəllərinə aiddir. Azərbaycanın Qarabağ bölgəsinin dilbər guşəsi olan Şuşa özünəməxsus arxitekturası ilə fərqlənir. Mədəniyyət məbədi olan bu qədim şəhər özü boyda tarixi abidədir.

Muzeydə saxlanılan bu fotoşəkil Şuşa şəhərinin tarixinin tədqiq edilməsində mühüm əhəmiyyət kəsb edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31