Gündəm
Rusiya XİN başçısı Ermənistanda səfərdədir
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanda səfərdədir.
Hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
Bu ilin 6 ayında 193 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Ermənilər Azərbaycanın təbii sərvətlərini talan edirlər
Ermənilər işğal olunan Azərbaycan torpaqlarındakı təbii sərvətləri talan etməkdə davam edirlər.
Bayram günlərində sərnişin sıxlığının qarşısını almaq üçün 200 ehtiyat avtobus ayrılıb
Ramazan bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.
Sabahın hava proqnozu açıqlanıb
İyulun 5-də Bakı və Abşeron yarımadasında şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir.
Naftalan-Azərbaycanı dünyaya tanıdan məkan
“Ata Travel”, “Synergy Group”, eləcə də Termal və Müalicəvi Turizm Assosiasiyasının təşkilatçılığı ilə Naftalanda yerləşən “Chinar Hotel & Spa Naftalan” sağlamlıq və istirahət mərkəzinə media və turizm şirkətlərinin nümayəndələri üçün iki günlük info-tur təşkil edilib.
Sirkə turşusundan zəhərləndi
Siyәzәn rayonunda zәhәrlәnmә faktı qeydә alınıb. Mәlumata görә, Siyәzәn rayon sakini, 1982 -ci il tәvәllüdlü Nuranә Mәhәrrәmova sirkә turşusundan zәhәrlәnib. O, Siyәzәn Regional Diaqnostika Mәrkәzinә yerlәşdirilib
“Cavanlıq mənbəyi” insan həyatı üçün təhlükə yarada bilər
Yayda mövsümi məhsullara tələbat çoxalır. Lakin bəzi hallarda həmin məhsullar insan orqanizmi üçün xeyirli olduğu kimi təhlükəli də ola bilər. Belə meyvələrdən biri də ərikdir.
Elçin Hüseynbəyli yazır... Əliş, Vəliş və “ortamənzərəli qadın...”
Yazıçılar Birlyində, öz otağımda oturmuşam. Başım yazıma qarışıb. Birdən qulağıma səs-küy gəlir. Dəhlizə çıxıram. Yaxşı tanıdığım iki ahıl yazarımız mübahisə edir, daha doğrusu mübahisə tərəflərindən biri dəhlizin o başına çatıb, indi pillələrlə üçüncü mərtəbəyə düşəcək. Dəhlizin o başındakı pəncərədən günəş parlayır, axşama yaxındır.
Məktəbli paltarını çıxarıb gəlinlik geyinənlər
“Apokalipsis” deyilən bir termin var – dünyanın sonu, bəşəriyyətin məhvi deməkdi. Hər dəfə insanlığa sığmayan, mənəviyyatdan kənar hadisələri gördükcə, eşitdikcə bu sözün tutumu divara mismar vuran çəkic taqqıltısı kimi beynimdə səslənir. İstər dünya çapında, istərsə də bizim məmləkətdə baş verən qanlı hadislər, əxlaqsızlıqlar apokalipsisə işarə deyil, bəs nədir?
Azərbaycan Avropanın enerji təminatında fəal iştirak edir
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak ediblər. Müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə Enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, Təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, İqtisadi cinayətkarlığa qarşı mübarizə, Fövqəladə halların idarə edilməsi, Parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılıb.
Ermənilər işğal olunmuş ərazilərdə narkotik becərirlər
Azərbaycanda narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri öz nəticəsini verməkdədir.
Uşaqları təhqir etmək qadağandır
Bu bir reallıqdır ki, günümüzdə bir çox hallarda uşaqların hüquqları kobud şəkildə pozulur, hətta onlara qarşı bəzən zorakılıq halları da tətbiq edilir. Eyni zamanda uşaq əməyinin istismar edilməsi kimi mənfi tendensiya da möcuddur. Təssüfedici məqam ondan ibarətdir ki, uşaq hüquqlarının pozulması kimi mənfi tendensiyaya ailənin daxilində də rast gəlinir. Bəs uşaqlar üzləşdikləri bu və ya digər problemləri həll etmək üçün hansı hüquqlara malikdirlər?
Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi əsaslı dəyişikliklərə gətirib çıxaracaq
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət daha da artıb. Artıq dövlət səviyyəsində bu istiqamətdə ciddi addımlar atılmaqdadır.














