Bu ilin 6 ayında 193 çoxmərtəbəli binaya təbii qaz verilib
“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.
4 İyul 2016 13:35 Sosial"Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir. Görülmüş işlərin nəticəsidir ki, Birlik 2016-cı ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 193 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, həmin binalarda ümumilikdə 7214 ailə yaşayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00