Gündəm

Bakıda şadlıq evi yanıb

5 İyul 2016 17:25

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 1500 kv.m olan üçmərtəbəli şadlıq evinin foyesində yerləşən bar 8 kv.m sahədə yanmışdır.

Sumqayıtda çürümüş uşaq meyiti tapılıb

5 İyul 2016 17:23

Sumqayıtda yolun kənarında körpə meyiti tapılıb. Məlumata görə, yeni doğulmuş körpənin meyitinin bir hissəsi çürümüş halda olub.

Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib

5 İyul 2016 17:22

İyulun 5-də Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, Bərdə rayonunun Qazıqurdalı və Dəymədağlı kəndlərinin qaz təchizatının bərpası ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 797 abonenti olan kəndlərin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 35622 metrlik müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İcra başçısı Avropa çempionu ilə görüşüb

5 İyul 2016 17:22

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Avropanı mat qoyan Binəqədi rayon sakini 6 yaşlı istedadlı şahmatçı Ziya Məmmədovu qəbul edib.

Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

5 İyul 2016 17:18

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb.

Ramil Usubov İsrailin Azərbaycandakı səfirini qəbul edib

5 İyul 2016 17:15

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 5-də İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Don Stavı qəbul edib.

Evlənmək istəyən 97 nəfərdə QİÇS tapılıb

5 İyul 2016 17:11

İyun ayında 12 min 959 nəfər nikaha girmək üçün tibbi müayinədən keçib. Bunu B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

Rusiyalı gənclər Azərbaycana gəlir

5 İyul 2016 17:10

Hər il Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (АМОР) sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularının, qeyri-hökumət gənclər təşkilatlarının və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri təşkil edilir.

“Dövlət qulluğuna gənclərin marağı artırılır

5 İyul 2016 17:08

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı layihəyə start verilib.

Respublika uşaq rəsm sərgisi keçirilir

5 İyul 2016 17:05

Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim Yay Tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir. “

Xarici media nümayəndələri cəbhə xəttində

5 İyul 2016 17:04

Bir sıra xarici jurnalistlər, Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, qonaqlar əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

İcbari tibbi sığorta üzrə pilot layihə hazırlanır

5 İyul 2016 17:01

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ötən müddət ərzində aparılmış araşdırmaların nəticələrinə dair əlaqədar dövlət qurumları ilə müzakirələr aparır.

“Türkiyədə hamilə qalanların başına oyun açırlar”

5 İyul 2016 16:58

..“Türkiyədə əksər kişilərin özbəklərə münasibəti fərqlidir, elə azərilərə də. Türklər üçün onlar yaxşı sevgilidirlər, amma hamilə qaldıqda və ya evlənmək istədikdə dərhal ayrılırlar. Bütün insanlara inamımı itirmişəm. Azərbaycana isə iş tapmaq ümidi ilə gəlmişəm. Müalicə olunandan sonra azəri kişisi ilə evlənmək istəyərdim. Təki yaxşı adam olsun, məni aldatmasın”.

Tələbələrin köçürülmə qaydaları -Nazirlik açıqladı

5 İyul 2016 16:56

Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir.