Respublika uşaq rəsm sərgisi keçirilir

Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə “Mənim Yay Tətilim” adlı respublika uşaq rəsm sərgisi keçirir. “

Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birlikdə "Mənim Yay Tətilim" adlı respublika uşaq rəsm sərgisi keçirir. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyən uşaqlar əsərlərini iyulun 30-a qədər Xətai Sənət Mərkəzinə təqdim etməlidir. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğuları ilə işlənmiş əsərlər seçiləcək. Sərgi Azərbaycanın bütün bölgələrini əhatə edir. 12 yaşa qədər uşaqlar müsabiqədə  iştirak edə bilər. Mövzu sərbəstdir. İştirakçılar diplomla təltif olunacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00