“Dövlət qulluğuna gənclərin marağı artırılır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə “Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması” adlı layihəyə start verilib.
5 İyul 2016 17:08 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə "Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması" adlı layihəyə start verilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, layihənin ilk təliminin açılış mərasimi Binəqədi rayon Gənclər evində keçirilib.. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Ramin Cəfərov, layihədə iştirak hüququ qazanmış gənclər iştirak ediblər.
Qeyd edək ki, "Dövlət qulluğuna gənclərin maraq və imkanlarının artırılması" adlı maarifləndirici layihənin keçirilməsində məqsəd ali təhsilli gənclər arasında dövlət qulluğuna marağın artırılması, onların dövlət qulluğuna daxil olmağa stimullaşdırılmasıdır. Təlimlər hüquqşünas ekspert Zaur Quliyev və Sərdar Mahmudov tərəfindən, Binəqədi rayon Gənclər evi və YAP Binəqədi Rayon Təşkilatının inzibati binasında aparılır. Təlimlərdə 4 həftə ərzində və hər dəfə 20 nəfər olmaqla ümumilikdə 80 nəfər gəncin iştirakı nəzərdə tutulub.