Xarici media nümayəndələri cəbhə xəttində

Bir sıra xarici jurnalistlər, Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, qonaqlar əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər.

Bir sıra xarici jurnalistlər, Fransadan İlan Sialom (Le Nouvel Observateur) və Patrisis Lalonde (Huffington French), Almaniyadan Seda Serdar (Deutsche Welle) Tərtər rayonunda səfərdə olublar. "OLAYLAR"-ın xəbərinə görə, qonaqlar əvvəlcə rayon icra hakimiyyətinə gələrək Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Rayon rəhbəri jurnalistlərə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışıb. Qeyd edib ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Rayon rəhbəri qeyd edib ki, işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə 15000 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Hazırda su tamamilə kəsilib. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır. Sonra qonaqlar Tərtər şəhərində, Qapanlı kəndində  erməni attireliyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərdə olub, sakinlərlə söhbət etmiş, dəymiş ziyanın aradan qaldırılması üçün görülən işlərlə tanış olmuş, rayon ərazisində yerləşən N saylı hərbi hissədə əsgərlərlə görüşüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00