Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyati üzrə təhvil vermişlər. Əməliyyat saat 13:32-də başa çatmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00