Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib
İyulun 5-də Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, Bərdə rayonunun Qazıqurdalı və Dəymədağlı kəndlərinin qaz təchizatının bərpası ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 797 abonenti olan kəndlərin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 35622 metrlik müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
5 İyul 2016 17:22 Sosialİyulun 5-də Sabirabad və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib. "OLAYLAR"-ın xəbərinə görə, Bərdə rayonunun Qazıqurdalı və Dəymədağlı kəndlərinin qaz təchizatının bərpası ilə əlaqədar keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 797 abonenti olan kəndlərin birpilləli sistem əsasında qazlaşdırılması zamanı 35622 metrlik müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xəttləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Sabirabad rayonunun 242 abonentlik Əlicanlı kəndinin qazlaşdırma işləri zamanı ümumi uzunluğu 20 kilometrdən artıq polietilen və metal borularla qaz xətlərinin çəkildiyi vurğulanıb. Qeyd olunub ki, hər bir abonent ayrıca sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.