Gündəm

Daha bir küçədə təmir başa çatıb

14 İyul 2016 17:09

Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə daha bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib.

Belarus nümayəndə heyəti hərbi hissələrdə olub

14 İyul 2016 17:06

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.

Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur

14 İyul 2016 17:04

“Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir dövründə xalqımızın mənafeyinə xidmət edib”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov səsləndirib.

Səbail Polis İdarəsinin keçmiş binası yanır

14 İyul 2016 17:03

Səbail rayonunda yaşayış binasında yanğın başlayıb. Məlumata görə, yanğın təxminən yarım saat öncə başlayıb. Yanğın Neftçilər prospekti 129 ünvanında yerləşən 4 mərtəbəli binanın 2-ci mərtəbəsindən start götürüb.

Xəzər dənizində də ölkəmizin iqtisadi təhlükəsizliyi qorunur

14 İyul 2016 17:02

Gömrük orqanları hava, quru sərhədləri ilə yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi mənafelərinin qorunması, hüquqpozma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

Dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib

14 İyul 2016 17:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin iyun ayında dövlət büdcəsinə 98 milyon 961 min manat vəsait ödənilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, cari ilin yanvar-iyun aylarında büdcəyə 661 milyon 742 min manat vəsait ödənilib. Bundan əlavə, bu ilin iyun ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 173 min manat vəsait köçürüb.

GIN-dən gənclərə çağırış

14 İyul 2016 16:59

Gənclər və İdman Nazirliyi yaradıcı və həvəskar gəncləri 10-20 avqust tarixləri arası “Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi”ndə ilk dəfə olaraq gerçəkləşəcək “Yaradıcılıq emalatxanası” adlı düşərgəyə dəvət edir. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 7 Sahəni- təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, telejurnalistikanı əhatə edəcək düşərgədə, yaşı 18-23 arası olan gənclər iştirak edə bilər.

Göyçay rayonunun daha bir kəndinə təbii qaz verilib

14 İyul 2016 16:58

İyulun 14-də Göyçay rayonun Müskürlü kəndinə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.

Dağlıq Qarabağ münaqişəsinin həllində Qərbin rolu ŞƏRH

14 İyul 2016 16:54

"Dağlıq Qarabağ münaqişəsinin bilavasitə Rusiyanın əli ilə tənzimlənməsi bütün hallarda Qərbin marağındadır". 

Türkiyə-İran sərhədi bağlandı

14 İyul 2016 16:39

Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bağlayıb.

Avtobuslarda gediş haqqı ilə bağlı XƏBƏRDARLIQ

14 İyul 2016 16:37

Məsafələrdən asılı olaraq, avtobuslarda gediş haqqı dəyişir. Az məsafə qət edənlər daha az pul ödəyə bilərlər.

Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan olunması gözlənilir

14 İyul 2016 16:35

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xöşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan-YUNESKO əlaqələri inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın böyük və qədim şəhərlərindən biri olan Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.

Qubanın turist xəritəsi hazırlanıb

14 İyul 2016 16:34

Ölkəmizdə ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qubanın turist xəritəsi hazırlanıb.

Mobil operatorların gəlirləri azalıb

14 İyul 2016 16:31

Cari ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 798,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.

"Neftçilər" stansiyasının qarşısındakı yolda hərəkət bərpa olunur

14 İyul 2016 16:30

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır.