Türkiyə-İran sərhədi bağlandı

Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bağlayıb.

Türkiyə Ağrı vilayətində İranla sərhəddəki Gürbulaq nəzarət-buraxılış məntəqəsini bağlayıb.

Trend bildirir ki, buna səbəb kimi terror təhlükəsi göstərilir.

Hüquq-mühafizə orqanları ehtimal edilən partlayıcı qurğunun hissələrini Gürbulaq yaxınlığında tapıb.

Ərazi dövrəyə alınıb. Hadisə yerində minaaxtaranlar işləyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00