Daha bir küçədə təmir başa çatıb
Bakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə daha bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib.
14 İyul 2016 17:09 SosialBakı şəhərində avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə "Azəravtoyol" ASC kompleks tədbirlər həyata keçirir. Bu çərçivədə daha bir küçə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Söhbət Nəsimi rayonu Süleyman Rüstəm küçəsinin Koveroçkin (ABŞ səfirliyinin arxası) və Füzuli küçələri arasında yerləşən hissəsindən gedir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki,
təmir-bərpa işlərinin aparıldığı hissənin uzunluğu 950 metr, eni isə 9 metrdir. Aparılmış işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün dağılmış və qabarmış hissələri frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 9 min m2 sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Zəruri olan yerlərdə piyada səkiləri bərpa oluanaraq asfaltlanıb, kənarlarına 1800 paqon-metr yeni səki daşı düzülüb. Avtonəqliyyat vasitələrinin və piyadaların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə küçə boyu zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, piyada zolaqları salınıb, üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.