Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan olunması gözlənilir

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xöşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan-YUNESKO əlaqələri inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycanın böyük və qədim şəhərlərindən biri olan Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.

Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xöşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə Azərbaycan-YUNESKO əlaqələri inkişaf edir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycanın böyük və qədim şəhərlərindən biri olan Gəncə şəhərinin YUNESKO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir. Bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin YUNESKO yanında Daimi Nümayəndəliyi ilə birgə hazırlanaraq YUNESKO-ya təqdim edilib.

Məlumat üçün bildiririk ki, YUNESKO Baş Konfransının 2 noyabr 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən hər il Dünya Kitab Paytaxtı nominasiyası elan olunur. Dünya Kitab Paytaxtı konsepsiyası YUNESKO tərəfindən 1996-cı ildə elan olunmuş Dünya Kitab və Müəllif Hüququ gününə əsaslanır. Kitab sənayesinin üç əsas sahəsini təmsilı edən beynəlxalq təşkilatların iştirakını təmin etmək məqsədilə Beynəlxalq Naşirlər Assosiasiyası, Kitabxana Assosiasiyaları və İnstitutları Beynəlxalq Federasiyası, Beynəlxalq Kitab Satıcıları Federasiyası və YUNESKO-nun nümayəndələrindən ibarət komitə yaradılmışdır ki, həmin komitə də təqdim olunan nominasiyaları qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00