Qubanın turist xəritəsi hazırlanıb
Ölkəmizdə ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qubanın turist xəritəsi hazırlanıb.
14 İyul 2016 16:34 SosialÖlkəmizdə ilk dəfə olaraq Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan, rus və ingilis dillərində Qubanın turist xəritəsi hazırlanıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə grə, burada coğrafi, topoqrafik məntəqələr və yaşayış yerləri ilə yanaşı, regionun təbii, mədəni, memarlıq abidələri və görməli yerləri əks olunduğundan, xəritə bütün turizm sevənlər üçün çox maraqlı olacaq.
Turistlər bu xəritədən istifadə etməklə təbii abidələr, kempinq üçün ərazilər və turist düşərgələri, atçılıq, alpinizm, balıqçılıq, velo-turizm, moto-turizm və s. haqqında məlumat əldə edə biləcəklər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, sinaqoq, körpülər və muzeylər) ən qısa marşrutu tapmağa köməklik edəcək. Bununla yanaşı, xəritədə rayonda olan mehmanxanalar, istirahət zonaları və restoranlar haqqında məlumat qeyd olunur. Turistlər xəritənin köməkliyi ilə Qubanın ən məşhur görməli yerlərin haqqında məlumatları əldə edə bilərlər: Hazırda Azərbaycanın digər regionlarının (Gəncənin, Xaçmazın, Masallının, Şəkinin, İsmayıllının, Qusarın, digər şəhər və rayonların) turist xəritələrinin hazırlanması üzərində işlər davam etdirilir.