"Neftçilər" stansiyasının qarşısındakı yolda hərəkət bərpa olunur

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır.

Təmir işləri ilə əlaqədar olaraq bir müddətdir ki, bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı) bu gün axşam saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, sözügedən hissədə hazırda son tamamlanma işləri aparılır. Yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun Neftçilər stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək. İyulun 15-i səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev (Q.Qarayev metrosu) vəRüstəm Rüstəmov (Neftçilər metrosu) küçələri arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Bu üzdən köməkçi yol sabahdan etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.

Qeyd edək ki, Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burda 2 qat olmaqla 30 min m2 sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00