GIN-dən gənclərə çağırış

Gənclər və İdman Nazirliyi yaradıcı və həvəskar gəncləri 10-20 avqust tarixləri arası “Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi”ndə ilk dəfə olaraq gerçəkləşəcək “Yaradıcılıq emalatxanası” adlı düşərgəyə dəvət edir. Nazirliyin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 7 Sahəni- təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, telejurnalistikanı əhatə edəcək düşərgədə, yaşı 18-23 arası olan gənclər iştirak edə bilər.

Gənclər və İdman Nazirliyi yaradıcı və həvəskar gəncləri 10-20 avqust tarixləri arası "Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi"ndə ilk dəfə olaraq gerçəkləşəcək "Yaradıcılıq emalatxanası" adlı düşərgəyə dəvət edir. Nazirliyin mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, 7 Sahəni- təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, telejurnalistikanı əhatə edəcək düşərgədə, yaşı 18-23 arası olan gənclər iştirak edə bilər. Düşərgədə yaradıcılıq emalatxanaları, yaradıcılıq müsabiqələri, ustad dərsləri, ekspertlər ilə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar - kinoseans, diskoteka, karaoke, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, tonqal ətrafı yaradıcılıq gecələri, konsert proqramları təşkil olunacaq. Ümumilikdə 70-80 gəncin iştirak edəcəyi düşərgədə məşhur şəxslərin gənclərlə görüşü, fikir mübadilələri aparmaları və təcrübələrini bölüşmələri nəzərdə tutulub.

Qeyd edək ki, gənclərin "Yaradıcılıq emalatxanası" düşərgəsində iştirakı pulsuzdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00