Belarus nümayəndə heyəti hərbi hissələrdə olub

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib.

Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissələrimizi ziyarət edib. "OLAYLAR"-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazası və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğular ilə tanış olub. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin Dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqlarla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan general-mayor O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00