Gündəm

Türkiyədə 30 vali vəzifəsindən azad edildi

18 İyul 2016 13:52

Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar 30 vali və yerli icra hakimiyyəti orqanının təqribən 300 nümayəndəsi vəzifəsindən azad edilib.

Sel suları 20-ə yaxın rayonda avtomobil yollarına zuyan vurub

18 İyul 2016 13:50

Son aylar ərzində yağan intensiv yağışlar və sel suları nəticəsində 20-ə yaxın rayonda yol təsərrüfatına xeyli ziyan dəyib.

“Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçdi

18 İyul 2016 13:49

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri yay mövsümü ilə bağlı əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

BMAM Gəncədə konfrans keçirib

18 İyul 2016 13:47

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət " mövzusunda konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov tədbirin Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.

“Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçiriləcək

18 İyul 2016 13:44

İyulun 20-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı”na əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Qafqaz Albaniyası ilə bağlı “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Terrorçuluq – XXI əsrin müharibəsi

18 İyul 2016 13:32

Onun əhatə dairəsinin artımı mülkiyyət hüququnun müəyyən edilməsində bərabərsizliklərin olması, hakimiyyət uğrunda etnik qrup və milli maraqlar arasında ziddiyətlərin antoqonist həddə çatması ilə sıx bağlıdır. Sosial hadisələrin qarşısını almağa yönələn profilaktikanın səmərəsizliyi, hüquqi, maddi və texniki təminatın olmaması, normativ hüquqi bazanın qeyri təkmil olması – hüquqi nihilizm halları terrorrorçuluğun miqyasının genişlənməsinə təsir edir.

“Türkiyədə qiyamla baş verəcək siyasi dəyişiklik..”

18 İyul 2016 13:28

“Yaxın Şərqdə ciddi və heç də xoş olmayacaq proselərə təkan verəcəkdi” İyul ayının 15-də axşam saatlarından başlayaraq Türkiyədə yaşananlar sözün həqiqi mənasında bütün dünyanın gündəmini nəinki silkələdi, hətta bir neçə gün sonra belə gündəmi zəbt edə biləcək hadisəyə çevrildi. Türkiyədə hərbi çevriliş cəhdi yaşandı və baş verənlər qanlı və dağıdıcı səhnələri ilə qardaş ölkənin üzərində necə təhlükəli oyunların oynandığını bir daha üzə çıxartdı. Yurdda Sülh Konseyi adlı hərbçilərdən ibarət qrupun çevriliş cəhdi onlarla polis, hərbçi və vətəndaşın qanının axmasına səbəb oldu. Türkiyədə qardaş qanı axdı, amma çevrilişə cəhd edənlər də hədəflərinə çata bilmədilər.

Millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur

18 İyul 2016 13:23

Həftə sonu Türkiyədə yaşanan olaylara Azərbaycan siyasiləri, ekspert və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də politoloqları öz mövqeyini sərgilədi, münasibətini ortaya qoydu. Nə qədər təssüflü və təccüblü olsa da, bəziləri 15 iyul dövlət çerilişi cəhdini haqsız olaraq prezident Rəcəb Tayyib Ərdoğanın planı kimi dəyərləndirdi, bunun əvvəlcədən hazırlanmış bir şou olduğunu iddia etdi. Hətta dövlət çevrilişi cəhdinin baş tutmamasından təssüflənənlər də oldu. Ancaq qardaş ölkədə yaşanan proseslərə obyektiv şəkildə münasibət sərgiləyənlər də var.

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin yaranmasına zəmin yaradır

18 İyul 2016 13:15

Azərbaycan XX əsrin 90-ci illərində tarixində ikinci dəfə müstəqilliyini bərpa etdirəndən sonra narkotiklərlə mübarizə daim dövlətin diqqət mərkəzində olub. Ümummilli lideri Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bunun davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi haqqında” Sərəncam imzalaması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıB. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.

Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

18 İyul 2016 13:13

İyulun 15-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda konfrans keçirilib. Konfransda, həmçinin Fondun Gəncə Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi "Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqənin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar. 

Elçin Hüseynbəyli yazır... Haydı, Türkiyə...

18 İyul 2016 13:08

Türkiyə olaylarında hamının ilk şübhələndiyi xarici qüvvələr oldu. Bəli, kimlərsə, güclü Türkiyə istəmir. Çünki ən güclü müsəlman ölkəsidir, regionda söz sahibidir. Rusiya ilə son yaxınlaşmalar da kimisə cırnatdı və s. Cəmiyyətdə bu cür fikirlər səslənir, hətta bəziləri irəli gedərək deyirlər ki, bu olayların arxasında ABŞ dayanır, içəridən hazırlanmışş ssenadir. Yenə də və s. və i.

Türk milli iradəsinin zəfəri

18 İyul 2016 13:06

Son illərdə Türkiyədə baş verən olaylar türk cəmiyyətində artıq xroniki hal almış davamlı həyacan mühiti yaratmışdı. AKP hökumətinin ölkədaxili siyasəti cəmiyyətin bəzi təbəqələri tərəfindən anlaşılmır, hökumət tərəfindən həyata keçiriləndəyişikliklər birmənalı qarşılanmır, mövcud hakimiyyət daxilində yer alan gizli mübarizə zaman-zaman aşkara çıxaraq cəmiyyətdə çaşqınlıq və qeyri-müəyyənlik yaradırdı. Avropa Birliyi ilə Türkiyə arasında yaranan mübahisələr, qonşu olkələrlə qarşılıqlı münasibətlərin get-gedə pisləşməsindən doğan siyasi gərginlik, RKK və YPG silahlılarının fəallaşması fonunda ölkə daxilində baş verən terror hadisələrinin intensivləşməsi bütövlükdə türk cəmiyyətində siyasi gərginliyin pik həddə çatdığını göstərirdi.

Qazaxıstanda hərbi bölmələr gücləndirilmiş rejimə keçib

18 İyul 2016 13:04

"Almatı şəhərində terror təhlükəsinin qırmızı səviyyəsi elan olunduğundan Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və müəssisələri gücləndirilmiş rejimə keçib".

​Azərbaycanda bəzi körpələrə Messi, Ronaldo, Zidan kimi adlar verilib  - SİYAHI

18 İyul 2016 13:02

Son beş ildə Azərbaycanda doğulan xeyli sayda körpəyə məşhur futbolçuların adları verilib.