Qazaxıstanda hərbi bölmələr gücləndirilmiş rejimə keçib

"Almatı şəhərində terror təhlükəsinin qırmızı səviyyəsi elan olunduğundan Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və müəssisələri gücləndirilmiş rejimə keçib".

"Almatı şəhərində terror təhlükəsinin qırmızı səviyyəsi elan olunduğundan Qazaxıstan Silahlı Qüvvələrinin hərbi hissələri və müəssisələri gücləndirilmiş rejimə keçib".

Qazaxıstan KİV-i xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Bəyanatda silah və sursat saxlama obyektlərinin mühafizəsinin daha da gücləndirildiyi qeyd edilib.

Xatırladaq ki, Almatıda naməlum şəxslər polis idarəsinə silahlı basqın həyata keçirərək polisləri atəşə tutub. Hadisə nəticəsində 3 polis əməkdaşı həlak olub. Polis artıq hücum edənlərdən birini həbs edib, digərinin axtarışları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00