Millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur

Həftə sonu Türkiyədə yaşanan olaylara Azərbaycan siyasiləri, ekspert və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də politoloqları öz mövqeyini sərgilədi, münasibətini ortaya qoydu. Nə qədər təssüflü və təccüblü olsa da, bəziləri 15 iyul dövlət çerilişi cəhdini haqsız olaraq prezident Rəcəb Tayyib Ərdoğanın planı kimi dəyərləndirdi, bunun əvvəlcədən hazırlanmış bir şou olduğunu iddia etdi. Hətta dövlət çevrilişi cəhdinin baş tutmamasından təssüflənənlər də oldu. Ancaq qardaş ölkədə yaşanan proseslərə obyektiv şəkildə münasibət sərgiləyənlər də var.

Türkiyənin timsalında bunun şahidi olduq

Həftə sonu Türkiyədə yaşanan olaylara Azərbaycan siyasiləri, ekspert və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də politoloqları öz mövqeyini sərgilədi, münasibətini ortaya qoydu. Nə qədər təssüflü və təccüblü olsa da, bəziləri 15 iyul dövlət çerilişi cəhdini haqsız olaraq prezident Rəcəb Tayyib Ərdoğanın planı kimi dəyərləndirdi, bunun əvvəlcədən hazırlanmış bir şou olduğunu iddia etdi. Hətta dövlət çevrilişi cəhdinin baş tutmamasından təssüflənənlər də oldu. Ancaq qardaş ölkədə yaşanan proseslərə obyektiv şəkildə münasibət sərgiləyənlər də var.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa deyir ki,Türkiyədə baş verənləri təhlil edərkən kimsənin tərəfdarı və ya müdafiəçisi kimi çıxış etməyib: " Məni düşündürən yalnız bir şey var. Hər hansı hərbi çevriliş bu qardaş məmləkətimizi illərlə geri salacaq, zəiflədəcək". Millət vəkilinin szlərinə görə, Azərbaycanda özü guya demokratiyadan yana olub, Türkiyədə diktatura arzulayan kifayət qədər insan var: "Bunlar Türkiyənin qanuni hakimiyyətinin dəyişməsi üçün hər cür yolu məqbul sayırlar və gah atatürkçülük, gah milliyətçilik, gah da Türkiyədə şəriət rejiminin qurulacağı barədə mənasız çağırışlarla insanlara yanlış düşüncəni təlqin edirlər. Buraxın Türkiyə siyasətçiləri ilə problemləri türk insanı sandıqda həll etsin, kimi istəyirsə seçsin. Bizə qalan Türkiyənin güclü dövlət olmasını arzulamaqdan başqa bir şey deyil. Hərbi çevrilişlə bağlı detallar açıqlandıqca yazılarımıza görə bizə qarşı ədəbsizlik edənlər də əminəm ki, öz yanlışlarını görəcəklər. Məndən orada təslim olan Türk əsgərinə qarşı saqqallı şəxslərin etdiyi vəhşiliyin izahını soranlara da bir şeyi demək istəyirəm ki, İslam dininin təmsilçisi kimi özünü təqdim edərək vəhşilik törədənlər harada olursa olsun, hər dəfə onlara qarşı münasibətimi birmənalı bildirirəm və qınayıram. Ancaq Türkiyədə belə bir hadisənin baş verdiyinə inanmadığımı əvvəlcədən də bildirmişəm və sonradan çıxan məlumatlar da bunu doğrultmaqdadır. Bir şeyi unutmayın, hərbi çevrilişə qarşı çıxan, demokratiyanı qoruyan Türk milləti eyni əzmkarlıqla dini hakimiyyət qurmaq istəyənlərə də lazımi cavabı verəcəkdir. Türkiyədə hakimiyyətə dindar da gəlsə, dinsiz də gəlsə, liberal da, kommunust də gəlsə Atatürkün ideallarından kənara kimsə çıxa bilməz. Sadəcə kimsə ötən əsrin 30-cu illərindəki kimi, yaxud da bir qrup əsgərin qafası ilə Türkiyənin idarə olunmasını arzulayırsa, yuxusu şirin olsun. Türkiyədə dövlət kapitalizmindən özəl iqtisadiyyata keçidin çoxdan baş verdiyini anlayanlar bunun siyasətdə inikasını da rahatlıqla anlaya bilərlər". Fazil Mustafa deyib ki, ən axmaq versiya çeriliş cəhdinin guya Rəcəb Tayyib Ərdoğanın özü tərəfindən təşkil olunması barədə olub: "Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi? Bu tezisi mənimsəyənlər görünüşcə çevrəmizdə olan ciddi adamlardır, ancaq bir epizod bunların nə qədər bəsit düşüncə sahibi olduqlarını üzə çıxardı". Millət vəkili bildirib ki, Ərdoğanın da, AKP-nin də siyasətində kifayət qədər yanlış məqamlar var: "Ancaq kimsə öz iqtidarının nüfuzunu bu cür risq altına qoymaz. Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür. Tankların zirehini iman və iradə ilə deşdilər. Bir daha aydın oldu ki, millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur". "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, artıq hərbi çevriliş yeni modaya çevrilir: "Deməli, Misir xalqı əziyyət çəkib uzun onilliklərdən sonra Hüsnü Mübarəyi ona görə devirdi ki, demokratik seçki keçirib inkişafa qədəm qoysunlar, insan haqlarına önəm verilsin. Olmadı, Hüsnü Mübarəyin yerinə demokratik seçki ilə gələn ölkəyə daha böyük təhlükələr vəd etdiyindən yenidən hərbi çevriliş baş verdi. Baxıram, Hüsnü Mübarəyin devrilməsində önəmli rol oynayan Misir gəncliyi artıq general Sisinin prezidentlyi ilə barışıb. Misirdə nə mitinqlər keçirilir, nə də küçələr dolub daşır. Sisi ölkəsində sabitlik istəyir ki, iqtisadiyyat inkişaf etsin, turistlər Mübarəyin dövründə olduğu kimi ölkəyə axın etsinlər". Politoloqun sözlərinə görə, Türkiyədəki çevriliş etmək istəyən generallar da böyük ehtimalla Sisidən ilhamlandılar: "Sisi çevriliş etdi, sonra seçki keçirib prezident seçildi. Dünya buna elə böyük etiraz etmədi. Yəqin Türkiyədə çevrilişi planlayan da Türkiyənin Sisisi və ya öz ölkəsinin Kənan Evreni olmaq istəyirdi. Misirdə alındı, Türkiyədə alınmadı. İndi çevriliş xəbərləri başqa məkanlardan gəlir. Ermənistanın parlamentdən kənar müxalifəti silaha əl atdı. Bəlkə də onlar polis məntəqəsinə hücumu başqa tarixə təyin etmişdilər. Ancaq sanki onlar da Türkiyədən ilhamlandılar. Halbuki, ilhamlanmaya səbəb yox idi, Türkiyədə çevrilişin kökünü elə birinci gün kəsdilər, çevrlişi planlayanları və icra edənləri isə nələr gözləyir, məlum deyil. Bu azmış kimi indi də Ukraynadan çevrilişə cəhdlə bağlı xəbərlər gəlir. Könüllü batalyonlar prezident Pyotr Poroşenkodan narazıdırlar, tərksilah olub ordu sıralarına qatılmaq istəmirlər".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00