BMAM Gəncədə konfrans keçirib

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət " mövzusunda konfrans keçirib. “OLAYLAR”-ın xəbərinə görə, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov tədbirin Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Gəncə şəhərində "Azərbaycanda genişmiqyaslı islahatların aparılmasına münasibət " mövzusunda konfrans keçirib. "OLAYLAR"-ın xəbərinə görə, konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri, politoloq Rufiz Qonaqov tədbirin Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə "Yeni Hədəflərə Doğru" Vətəndaş Həməryliyinin gücəndirilməsi çərçivəsində keçirildiyini diqqətə çatdırıb. Rufiz Qonaqov Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu, həmçinin Bakıda keçirilən Formula 1 Avropa Qran Pri yarışı, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə iştirakçılara məlumat verib.

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova çıxışında qeyd edib ki, Azərbaycanda aparılan iqtisadi və siyasi islahatlar əhalənin sosial durumunun yüksəlməsinə, dövlətimizin füclənməsinə xidmət edir: "Hər bir Azərbaycan vətəndaşı dövlət səviyyəsində aparılan iqtisadi və siyasi islahatların müsbət nəticələrini öz gündəlik həyatında hiss edir. Bu gün Azərbaycanın regionda inkişaf edən sabit, təhlükəsiz ölkə olmasının başlıca səbəbi ölkə rəhbərliyinin yürütdüyü düzgün, balanslı siyasətdir. Bu siyasət Gəncə şəhərində də dövlət qurumları tərəfindən uğurla icra edilir".

Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin KİV-lərələ iş üzrə baş məsləhətçi Kənan Məmmədov çıxış edərək bildirib ki, ölkədə aparılan iqtisadi islahatlar Gəncə şəhərindən də yan keçməyib. Konfrans müzakirələrlə davam etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00