Elçin Hüseynbəyli yazır... Haydı, Türkiyə...
Türkiyə olaylarında hamının ilk şübhələndiyi xarici qüvvələr oldu. Bəli, kimlərsə, güclü Türkiyə istəmir. Çünki ən güclü müsəlman ölkəsidir, regionda söz sahibidir. Rusiya ilə son yaxınlaşmalar da kimisə cırnatdı və s. Cəmiyyətdə bu cür fikirlər səslənir, hətta bəziləri irəli gedərək deyirlər ki, bu olayların arxasında ABŞ dayanır, içəridən hazırlanmışş ssenadir. Yenə də və s. və i.
18 İyul 2016 13:08 SosialElçin Hüseynbəyli
Haydı, Türkiyə...
Türkiyə olaylarında hamının ilk şübhələndiyi xarici qüvvələr oldu. Bəli, kimlərsə, güclü Türkiyə istəmir. Çünki ən güclü müsəlman ölkəsidir, regionda söz sahibidir. Rusiya ilə son yaxınlaşmalar da kimisə cırnatdı və s. Cəmiyyətdə bu cür fikirlər səslənir, hətta bəziləri irəli gedərək deyirlər ki, bu olayların arxasında ABŞ dayanır, içəridən hazırlanmışş ssenadir. Yenə də və s. və i.
Mənim bu mülahizələrlə işim yoxdur. Qoy, buna politoloqlar şərh versinlər. Mənsə gecənin bir vaxtı Türkiyənin qarışdığını, hərbi çevriliş olduğunu eşidəndə yuxulu-yuxulu televizorun qabağına qaçdım və hələ pultun düyməsini basmazdan əvvəl Mirzə Ələkbər Sabirin məşhur misralarını xatırladım: "Arizi - qəmlər əlindən ürəyim şişimiş idi, zənn edirdim edəcəkdir ona çarə ciyərm. Bəxti-mənhusimə bax, mən bu təmənnada ikən, başladı şişməyə indi üzü qarə ciyərim." Bu məşhur misralardan mən artıq ikinci dəfədir ki, istifadə edirəm, çünki hər zaman üçün aktualdır.
Televizor ekranını seyr edə-edə onu da düşünürdüm ki, bütün türk xalqının güvən yeri olan bir ölkədə aləm qarışıbsa, bu, yaxşı heç nə vəd eləmir. Çünki biz öz prblemlərimizin həllində qardaş dövlətimizə və strateji tərəfdaşımıza arxalanırıq, Qarabağ kimi böyük bir problemin həllində ona güvənirik və Türkiyənin dəstəyi olmasa, bu işi çətin bitirək.
Türkiyə prezidenti Ərdoğanı kütlə içində görərkən 1994-cü ilin 4 oktyabrı da yadıma düşdü. O zaman Azərbaycan da qarışmışdı, müstəqilliyimizin kövrək vaxtı, xəyanətkar qonşularımızla vətən mücadiləsi edərkən öz ambisiya və hikkələrini gerçəkləşdirmək istəyənlərə xalq böyük təpki göstərdi və o zaman böyük ictimai-siyasi xadim, ölkə prezidenti Heydər Əliyev xalqı vətəni, dövləti qorumağa çağırdı və vətənini sevən hər kəs (içi bəndəniz qarışıq) prezident sarayının ətrafına toplaşdı.
Həmin təcrübə Türkiyə dövlətinin və onun başçısının da işnə yaradı, xalq küçələrə və meydanlara axışdı, artıq səhərə yaxın, qiyam bölgələri dövlətin nəzarətində idi. Amma bütün bunlarla yanaşı, ağrılı bir məqam da var ki, bu dəfə də qardaş-qardaşın qanını tökdü, Türkiyəyə milyardlarla dollar ziyan dəydi və bunun acısını yenə də Türkiyə və ona qardaş deyən ölkələr çəkəcək. Çoxlarını məyus edən isə xalqına atəş açmayıb, silahı yerə qoyan, soyunaraq qardaş-bacılarına qucaq açan mehmetçiklərin linç edilməsi oldu. Avropa tele-kanallarında, mətbuatında yayımlanan bu olaylar türk xalqını, az qala İŞİD səviyyəsinə qaldırmaq məqsədi daşıdı və bunu görmək çox ağır idi. Birdən, allah eləməmiş, sabah buna oxşar hadisə baş versə, onda türk əsgəri özünü necə aparacaq? Bax, burası qorxuludur.
Ancaq bir məqam önəmliydi ki, türk xalqı öz dövlətinin, demokratiyanın, Ana yasanın yanında olduğunu nümayiş etdirdi və biz də aralıdan-aralıya olsa da, onunla öz həmrəyliyimizi bildirdik. Düşmənlər də gördülər ki, türk xalqını və dövlətini çökdürmək elə də asan deyil.
Bu dönəmdə bizə yalnız bunları demək qalır: Başın sağ olsun Türkiyə! Bu olaylardan da üzü ağ çıxa bildin, həm də dərs götürdün.
Haydı Türkiyə! Bütün vətən və insan sevərlər sənin, dövlətin və demokratiyanın yanındadır...
Keçmiş olsun, deyəlim!
Iyul 2016