Gündəm
Partiya sədri: “Müxalifətdə diktatura hökm sürür”
“Bu gün Əli Kərimlinin, Arif Hacılının və digərlərinin təmsil olunduqları partiyalar ictimai dəstəkdən məhrum olublar. Artıq onlar 25 ilə yaxındır ki, müxalifətdədirlər. Təbii ki, həmin şəxslər bu günə kimi seçkiləri də uduza-uduza gəlirlər.
“İqtisadiyyat və maliyyə elmlərinin əsaslarını bilməyənlər....”
Son aylar yenidən ölkənin maliyyə bazarlarında arzuedilməz halların yaşanacağına dair iddialar irəli sürülməkdədir. Xüsusilə, rentabellə işləməyən bankların bağlanması istiqamətində atılan haqlı addımlar bəzilərində belə bir fikir formalaşdırıb ki, maliyyə bazarlarında keçən ilin dekabrında baş verən devalvasiyadan sonrakı proseslər təkrar olunacaq. Düzdür, bu cür qeyri-dəqiq və əsassız yanaşmalara qarşı bir sıra iqtisadçılar tərəfindən faktlara söykənın mövqe ortaya qoyulsa da, lakin hər zaman ağı qara görməyə vərdiş etmiş müəyyən insanlar qərəzli yanaşmalarından əl çəkmirlər.
Elçin Hüseynbəyli yazır... Həya
Mənim bir dostum var, İstanbulda yaşayır. Müdrik adamdı. Ötən yazılarımda onu sizinlə tanış eləmişəm. Bu dəfəki Bakı səfərində də görüşdük və mənə ibrətamiz bir əhvalat danışdı:
“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”
Ailələr sürətlə dağılır. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var. Boşanma hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Araşdırmalar göstərir ki, ailədaxili münaqişələrin artmasında iqtisadi problemlərlə yanaşı sosial şəbəkələrin də rolu az deyil. Boşanmaların, erkən nikahın qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Bu və digər suallarımızı Media Xəbərləri xəbər portalının (mediaxeberleri.az) direktoru Ələddin Qarayev cavablandırır.
Azərbaycan hər zaman Türkiyənin yanındadır
Türkiyədə baş verən məlum 15 iyul hadisələrindən xeyli vaxt keçməsinə baxmayaraq hələ də yeni-yeni faktlar ortaya çıxmaqdadır.
Sabahın havası - buludlu, yağmurlu
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Rus təyyarəsi UNO ilə TOQQUŞDU - ŞOK VİDEO
Los-Ancelesdə Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda ABŞ-ın nüfuzlu tibb ocaqlarından olan Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” Fondunun üzvləri üçün Azərbaycan klassik musiqisinə həsr olunan gecə keçirilib.
Millət vəkili: "Dəyişikliklər Azərbaycan xalqının rifah halını daha da yaxşılaşdıracaq"
“Prezident İlham Əliyevin Konstitusiyaya təklif etdiyi dəyişikliklər dövlətimizin daha da güclü olması, xalqımız üçün daha geniş imkanların yaradılması baxımından çox önəmlidir”. BunuSİA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Yol kənarları tullantılardan təmizlənir
Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən müntəzəm olaraq bələdiyyənin inzibati ərazisinə daxil olan yerlərdə abadlıq işləri həyata keçirilir.
Elşən Musayev: “Putin diplomatik dairədə Sarkisyanı sıxma-boğmaya salır”
“Ümumiyyətlə son vaxtlar dünyanın əhəmiyyətli güclərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri təşəbbüs xüsusən qənaətbəxşdir. Təbii ki, bu sırada Rusiya prezidenti Vladimir Putinin də adını çəkmək olar”. Bunu SİA-ya millət vəkili Elşən Musayev deyib.
Cümşüd Nuriyev: “Ermənistan 5-6 silahlının əlində əsir-yesir qalıb”
“Bu gün Ermənistanda baş verən proseslər sanki Rusiya tərəfindən hazırlanıb. Axı necə olur ki, Azərbaycan ordusuna qarşı dura bilən, silahlı qüvvəsi olan bir dövlət 5-6 silahlının əlində əsir-yesir qalıb.
Türkiyə səfiri Ermənistanla sərhədlərin açılacağı barədə xəbərlərə münasibət bildirib
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Rusiya: "Gülən ABŞ casusudur, ekstradisiya olmayacaq"
Rusiya Dövlət Dumasının üzvü Vyaçeslav Nikonov Fətullah Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və bu səbəbdən Türkiyəyə ekstradisiya olunmayacağını iddia edib.
Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan vergi ödəyicilərinin adları açıqlanıb
Azərbaycan Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılan fiziki və hüquqi şəxslərin adlarını açıqlayıb.














