Yol kənarları tullantılardan təmizlənir

Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən müntəzəm olaraq bələdiyyənin inzibati ərazisinə daxil olan yerlərdə abadlıq işləri həyata keçirilir.

Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən müntəzəm olaraq bələdiyyənin inzibati ərazisinə daxil olan yerlərdə abadlıq işləri həyata keçirilir. Bələdiyyədən "OLAYLAR"-a daxil olan məlumata görə, növbəti belə tədbir Baksol yaşayış massivində həyata keçirilib. Belə ki, yol kənarları müxtəlif tullantılardan, alaq otlarından təmizlənib, səliqə-səhman yaradılıb. M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində təmizlik işləri müntəzəm olaraq davam etdirilməsi qarşıya məqsəd qoyulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00